CƏMİYYƏT


Tərtərdə polis şübhəli şəxsi beş kiloqramdan çox narkotiklə yaxalayıb

Bakı, 11 iyul, AZƏRTAC

Tərtər Rayon Polis Şöbəsinə Düyərli kənd sakini olan bir nəfərin narkotik istifadəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatın yoxlanılması məqsədilə həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərə başlanılıb.

Əməliyyat qrupu əlində çanta olan həmin şəxsi Düyərli kəndi ərazisində əkin sahəsindən evə qayıdarkən saxlayaraq polis şöbəsinə gətirib.

Araşdırmalarla onun kənd sakini Qədir Qədimzadə olması müəyyən edilib. Onun üzərinə və çantasına baxış keçirilib. Çantadan 2 sellofan torbalara bükülmüş yaşıl qoxulu maddə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin maddənin ümumi çəkisi 5 kiloqram 315 qram qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.