REGİONLAR


Tərtərdə seçki məntəqələrində “exit-poll” keçirilir

A+ A

Tərtər, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ölkədə keçirilən ümumxalq səsverməsi ilə əlaqədar Tərtər rayonundakı seçki məntəqələrinin qarşısında “exit-poll” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Rəy” Monitorinq Mərkəzi 95 saylı seçki dairəsinin 2, 6, 11, 16, 25 və 36 saylı seçki məntəqələrində, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi isə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə 2 və 3 saylı seçki məntəqələrində “exit-poll” keçirir.

95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədi Həmid Mehdiyev AZƏRTAC-a bildirib ki, dairə üzrə 38 seçki məntəqəsində seçicilərin ümumi sayı 37 min 880 nəfərdir. Səsvermə prosesini izləmək üçün 1, 2, 3, 4, 5, 6, 10, 31 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 383 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.