REGİONLAR


Tərtərdə şəkər çuğunduru istehsalı artıb

Tərtər, 7 yanvar, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri şəkər çuğundurudur.

Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, 2016-cı ildə rayonda 1187 hektar sahədə şəkər çuğunduru becərilib, 56 min 872,1 ton məhsul istehsal edilib. Hər hektarın orta məhsuldarlığı 479 sentnerdir. Məhsul istehsalı ötən illə müqayisədə 31 min 286 ton, məhsuldarlıq isə 125,7 sentner və ya 35,6 faiz çoxdur.

Bundan başqa, ötən ilin payızında ilk dəfə olaraq təcrübə üçün 387 hektar sahədə şəkər çuğunduru əkilib. Bu sahələrdən məhsul may ayında yığılacaq və həmin ərazidə təkrar əkin həyata keçiriləcək. Ümumiyyətlə, cari ildə rayonda 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi planlaşdırılır.

Qeyd edək ki, Tərtər ölkəmizdə ən çox şəkər çuğunduru istehsal edən rayondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.