REGİONLAR
Tərtərdə şəkər çuğunduru və pambıq yığımı davam edir
Tərtər, 4 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda payız-tarla işləri davam etdirilir.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, bu il torpaq mülkiyyətçiləri 7932 hektarda buğda, 4282 hektarda arpa, 195 hektarda lobya, 2 hektarda darı, 1 hektarda sarqo, 153 hektarda qarğıdalı, 918 hektarda dən üçün günəbaxan, 534 hektarda kartof, 1187 hektarda şəkər çuğunduru, 918 hektarda tərəvəz, 1035 hektarda pambıq əkiblər. Sahələrdən 41 min 233 ton taxıl, 967 ton lobya, 3 ton darı, 0,2 ton sarqo, 742 ton qarğıdalı, 2148 ton günəbaxan, 5831 ton kartof, 11 min 745 ton tərəvəz, 29 min 407 ton şəkər çuğunduru, 77 ton bostan bitkiləri, 1529,5 ton pambıq, həmçinin 8622 ton meyvə və giləmeyvə, 648 ton üzüm yığılıb.
Hazırda rayon ərazisində şəkər çuğunduru və pambıq yığımı, gələn ilin məhsulu üçün taxıl səpini davam etdirilir. Artıq payızlıq əkinləri üçün 9041 hektar sahə şumlanıb, 1000 hektar sahədə payızlıqların səpini aparılıb ki, onun da 80 hektarı buğda, 638 hektarı dən üçün arpa, 282 hektarı yaşıl yem üçün xəsil arpadır.