REGİONLAR


Tərtərdə tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşasına başlanıb

A+ A

Tərtər, 20 avqust, AZƏRTAC

Tərtərdə tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, üçmərtəbəli bina şəhərin Heydər Əliyev prospektində inşa edilir. Ümumi sahəsi 1200 kvadratmetr olan binanın zirzəmisinin tikintisi artıq başa çatıb. Hazırda birinci mərtəbədə beton işləri aparılır.

Müasir memarlıq üslubunda inşa olunan muzey binasında tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.