REGİONLAR


Tərtərdə taxıl zəmilərinin məhsuldarlığı artıb

Tərtər, 17 iyul, AZƏRTAC

Taxıl biçinini başa çatdıran Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 34 min 579,6 ton məhsul əldə ediblər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, məhsulun 26 min 430,2 tonu buğda, 8149,4 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 38,3 sentner, arpa sahələrində isə 31,4 sentner olub. 2016-cı ilə nisbətən buğdanın məhsuldarlığı 1 sentner, arpanın məhsuldarlığı isə 4,2 sentner artıb. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.

Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtər rayonunda 9506,6 hektarda taxıl, o cümlədən 6908,9 hektarda buğda, 2597,7 hektarda arpa becərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.