REGİONLAR


Tərtərdə tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Tərtər, 17 iyun, AZƏRTAC

Tərtərdə fəaliyyət göstərən rayon mərkəzi, Azadqaraqoyunlu, Bəyimsarov kənd xəstəxanalarında, habelə 14 həkim və 22 kənd tibb məntəqəsində hazırda 106 nəfər həkim, 365 nəfər orta tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Rayonda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayon mərkəzi xəstəxanasının və poliklinikanın, Bəyimsarov kənd xəstəxanasının və Qazyan kənd həkim məntəqələrinin binaları əsaslı təmir edilib, cəbhə xəttində yerləşən Qapanlı kəndində yeni həkim məntəqəsi inşa edilib.

AZƏRTAC xəbər verir ki, bu faktlar Yeni Azərbaycan Partiyası rayon təşkilatında tibb işçilərinin peşə bayramına həsr olunan mərasimdə səsləndirilib.

Səhiyyə işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış edərək, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, məsul və şərəfli işlərində onlara uğurlar arzulayıblar. Çıxışlarda respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.

Bildirilib ki, dövlətimizin başçısının tapşırığına əsasən hər il ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür. Tərtər rayonunda fevral ayının 15-dən mayın 15-dək 57 min 845 nəfər tibbi müayinədən keçirilib, 3658 nəfər ambulator, 47 nəfər stasionar müalicəyə cəlb edilib, 1 nəfər isə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.

Sonda tibb işçilərinin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.