REGİONLAR


Tərtərin daha iki kəndi qazlaşdırılıb

A+ A

Tərtər, 18 oktyabr, AZƏRTAC 

Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Azad Qaraqoyunlu və Ağkənd kəndləri də əlavə olunub. 506 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 53 min 497 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, 18 Oktyabr – Dövlət Müstəqilliyi günü və yaşayış məntəqələrinin təbii qazla təmin olunması münasibətilə sakinləri təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıblar.

“Azəriqaz” İstehsalat Birliyinin təmsilçilərinin də iştirak etdiyi mərasimlərdə məlumat verilib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 42-si təbii qazla təmin olunub və bu iş davam etdiriləcək.

Sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya, bayram günündə kəndlərin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqələrinə “mavi yanacaq” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.