REGİONLAR


Tərtərli gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar

Tərtər, 6 iyul, AZƏRTAC 

Çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması cəbhə bölgəsi olan Tərtərdə ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Ruslan Quliyev, Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, əsgər atası Sahib Həsənov və başqaları çıxış edərək, gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik ediblər. Natiqlər çıxışlarında ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını ifadə edərək, ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Gənclər müqəddəs “Qurani Kərim”ə və Dövlət bayrağımıza ehtiramlarını bildirərək, yüksək əhval-ruhiyə ilə hərbi hissələrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.