REGİONLAR


Tərtərli kümçülər bu günədək iki tondan çox barama tədarük ediblər

Tərtər, 5 iyun, AZƏRTAC

Bir neçə gündür Tərtər rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 2028 kiloqram məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 49 ailə tərəfindən 120 qutu (2280 qram) ipəkqurdu toxumu bəslənilib. Cari mövsümdə Tərtər rayonunda 6 ton barama tədarük ediləcəyi gözlənilir.

Hazırda rayon ərazisində 40 min ədəddən çox çəkil ağacı var. İpəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payız mövsümündə rayonda 32 min ədəd çəkil tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.