REGİONLAR
Tərtərli taxılçılar bu günədək 2300 hektar sahədə biçin aparıblar
Tərtər, 26 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, bu günədək 2162,6 hektar sahədə arpa, 137,5 hektar sahədə buğda biçilib, 7314,2 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq buğda sahələrində 37,3 sentner, arpa sahələrində isə 31,5 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtərdə 9506,6 hektar sahədə taxıl becərilib. Bunun 6908,9 hektarı buğda, 2597,7 hektarı arpa zəmiləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:33]
Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir
- 19.03.2024 [13:37]
Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb
- 19.03.2024 [12:27]
Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər
- 19.03.2024 [12:09]
Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib
- 19.03.2024 [12:07]
Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub
- 19.03.2024 [10:02]
Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır
- 18.03.2024 [23:37]