REGİONLAR


Tərtərlilər baharın gəlişini sevinclə qarşılayırlar

Tərtər, 17 mart, AZƏRTAC

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı cəbhə bölgəsi olan Tərtərdə sevinc hissi ilə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, martın 17-də şəhərin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları, müxtəlif oyunlar - kilimarası, dirədöymə, kəndirdartma, zorxana, maral oyunları nümayiş etdirilib. Meydanda tonqal qalanıb, gənc idmançıların, kəndirbazların, uşaq yaradıcılıq mərkəzinin rəqs dərnəyinin üzvlərinin çıxışları, məktəblilərin “yallı” rəqsi maraqla qarşılanıb.

Dədə Qorqud və Bahar qızı tərtərlilərə Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə hədiyyələr, fəxri fərmanlar və bayram sovqatı təqdim olunub.

Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.