DÜNYA


Tərtibatçılar üçün virtual reallıq eynəyi təqdim olunub

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

"Qualcomm" şirkəti Berlində keçirilən “IFA 2016" sərgisinin açılışına həsr edilən mətbuat konfransında virtual reallıq qurğuları və onların proqram və kontent istehsalçıları üçün nəzərdə tutulan "Snapdragon VR820" virtual reallıq eynəyini təqdim edib.

AZƏRTAC “newsru.com" resursuna istinadən xəbər verir ki, "Qualcomm" texnologiyalarından kənar istehsalçıların istifadəsi virtual reallıq qurğularının qiymətinin azalmasına səbəb ola bilər.

"Qualcomm Snapdragon VR820" eynəyi görünüşünə görə bazarda təqdim edilən əksər oxşar qurğuları xatırladır. Onlar qabaqcıl "Snapdragon 820" mobil prosessoru ilə işləyir və kompyuterə qoşulmur və ya smartfondan istifadə etmirlər. Qurğu 1440*1440 pikselli iki "AMOLED" displey ilə təchiz edilib.

Həmçinin eynək iki kamera ilə gözün hərəkətini izləyən sistemə və istifadəçinin hərəkətlərini və onun virtual obyektlərlə əlaqəsini izləyən iki kənar kameraya malikdir. Bundan başqa, "Qualcomm Snapdragon VR820" 4 mikrofon, giroskop, akselerometr və maqnitometr ilə təchiz edilib.

Şirkətin planına görə, tərtibatçılar "Snapdragon VR820" eynəyini bu ilin dördüncü rübündə əldə edə biləcəklər. Eynəyin əsasında ilk məhsulların bazara bir müddət sonra çıxarılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.