DÜNYA
Texas və Oklahoma ştatları su altında qalıb
Bakı, 25 may, AZƏRTAC
ABŞ-ın Texas və Oklahoma ştatlarında baş verən güclü daşqınlar nəticəsində ən azı üç nəfər həlak olub, iki minə qədər insan isə evini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Mərkəzi Qərbində qasırğa və leysan yağışları səbəbindən çaylar məcrasından çıxıb, mindən artıq ev və onlarla avtomobil yolu su altında qalıb. Bəzi şəhərlərdə isə evlər damına qədər suya qərq olub. Təbii fəlakətdən əziyyət çəkən rayonlardan əhalinin təxliyyəsi üçün helikopterlərdən istifadə edilir.
Texasın iki şəhərinin rəhbərliyi komendant saatının tətbiqinə başlayıb. Meteoroloqlar bu cür daşqınların regionda 25 ildir müşahidə olunmadığını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]