DÜNYA


Təxminən 200 min fransalı Brijit Makronun birinci xanım statusunun əleyhinə petisiyanı imzalayıb

Bakı, 8 avqust, AZƏRTAC

Təxminən 200 min fransalı Prezident Emmanuel Makronun həyat yoldaşına birinci xanım rəsmi statusunun verilməsinin əleyhinə keçirilən petisiyanı imzalayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidentinin parlament üzvlərinə qohumlarını işə götürməyi qadağan edən qanunun qəbul edilməsinin vacibliyi barədə bəyanatından sonra Brijit Makronun birinci xanım statusuna qarşı imzalar toplanmağa başlayıb.

Makaronun özü seçki kampaniyası zamanı hazırkı vəziyyəti tənqid edərək birinci xanım statusunu rəsmi qaydaya salacağına söz vermişdi. Hazırda Prezidentin həyat yoldaşı rəsmi statusa malik deyil, onun xərcləri Yelisey sarayı tərəfindən ödənilir.

Bu arada, “The Guardian” qəzetinin məlumatına əsasən, Fransada Makronun populyarlığı son zamanlar xeyli aşağı düşüb. Son sorğuların nəticələrinə görə, fransızların 36 faizi (keçən ayla müqayisədə 7 faiz az) öz liderlərindən razıdır. Onun sələfləri Fransua Olland və Nikola Sarkozi eyni prezidentlik dövründə müvafiq olaraq 56 və 66 faiz populyarlığa malik olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.