CƏMİYYƏT


Texniki Universitetdə “Network Training Center” şirkətinin təqdimatı olub

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) professional informasiya texnologiyaları (İT) təlim mərkəzlərindən biri olan “Network Training Center”in təqdimatı keçirilib.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin İKT departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Network Training Center”ın rəhbəri Teymur Əzizov mərkəz haqqında məlumat verib. Bildirilib ki, 2014-cü ildə təsis edilən mərkəzdə İT sahəsinə aid bütün istiqamətlər üzrə kurslar təşkil olunur. Qabaqcıl texnologiyalardan yararlanan şirkətin fəaliyyət məqsədi İT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində dəstək verməkdir.

Vurğulanıb ki, bu təlimlərə qatılmaq istəyən AzTU-nun tələbələrinə xüsusi güzəştlər ediləcək. Mərkəzdə, həmçinin “Cisco”, “Microsoft”, “Unix/Linux”, “Oracle” kimi vendorların məhsulları haqqında təlimlər həyata keçiriləcək.

AzTU-nun İKT departamentinin direktoru Azər İmanquliyev İT sahəsində fəallıq göstərən tələbələrin universitetdə işlə təmin edilməsində maraqlı olduqlarını və gənclər üçün praktik imkanların yaradılacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.