İDMAN
Teymur Məmmədov: Qızıl medal qazanmaq üçün var gücümlə vuruşacam
Bakı, 18 may, Pərvanə Rəhimova AZƏRTAC
“Yarımfinalda rəqibim suriyalı Eldin Qoussun ilə əvvəllər heç qarşılaşmamışdım. İlk dəfə idi ki, onunla rinqdə döyüşürdüm. Ancaq rəqibimin yarışlarını izləyirdim, müşahidə edirdim və taktikasını öyrənirdim. Döyüş heç asan olmadı, çünki rəqibim güclü boksçudur. Qalib olduğum üçün çox sevinirəm.
Bu sözləri Birinci Avropa Oyunlarının qızıl mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarında 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Teymur Məmmədov bildirib ki, finalda onun növbəti rəqibi türkiyəli boksçu Burak Aкşın olacaq. “Onunla gənclər arasında turnirdə qarşılaşmışıq. Çalışacağam ki, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın”, - deyən idmançı qızıl medal qazanmaq üçün var gücü ilə vuruşacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]