REGİONLAR
Təzə Kürdəmir kartofu artıq ətraf rayonların bazarlarına çıxarılıb
Kürdəmir, 10 iyun, AZƏRTAC
Kürdəmirdə kartof yığımı davam edir və artıq yerli bazarlara və ətraf rayonların bazarlarına təzə məhsul çıxarılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə bölgədə 1120 hektarda yazlıq kartof əkilib və sahələrdə bol məhsul yetişdirilib. Artıq 10 min 500 tonadək məhsul götürülüb. Rayonun daha çox kartof əkilən Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Ərəbqubalı və digər ərazi vahidlərində məhsul yığımı sürətlə davam etdirilir. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına əkib-becərdikləri sahələrdən bol məhsul əldə edirlər.
Hər yerdə bütün qüvvələr məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:41]
Növbəti köç karvanı Füzuliyə çatıb
- 26.04.2024 [12:33]
Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
- 26.04.2024 [12:03]
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb
- 26.04.2024 [12:01]
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
- 26.04.2024 [11:45]
Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur
- 26.04.2024 [10:56]
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]