İDMAN


“The Black Eyed Peas” musiqi qrupunun üzvləri Azərbaycan Qran-Prisinin “Paddock”unda olublar

Bakı, 24 iyun, Səxavət Quliyev, AZƏRTAC

Dünyanın məşhur “The Black Eyed Peas” musiqi qrupunun üzvləri iyunun 24-də Formula-1 Azərbaycan Qran-Prisinin “Paddock”unda olublar.

AZƏRTAC xəbər verir ki, qrupun üzvləri burada yaradılan şəraitlə tanış olub və komandaların heyətləri ilə xatirə şəkli çəkdiriblər.

Musiqiçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib.

Sonra qrup üzvləri “Red Bull Racing” komandasının qarajına gəliblər. Qonaqlar komandanın yarışa hazırlığı barədə məlumatlandırılıblar.

Daha sonra musiqiçilər “Mercedes”in pilotu Luis Hamiltonla görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.