SİYASƏT


“The Economist” Azərbaycan səfirinin ölkəmizlə bağlı yazılan qərəzli məqaləyə cavab məktubunu dərc edib

A+ A

London, 4 oktyabr, AZƏRTAC 

“The Economist” jurnalı Azərbaycan haqqında yazılan qərəzli məqaləyə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin cavab məktubunu dərc edib.

Məktubda qeyd edilir ki, Azərbaycan haqqında yazılan bu qərəzli məqalədə həm regiondakı sabitliyi, həm də beynəlxalq sülhü təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yer verilməyib. Bu münaqişə nəticəsində Azərbaycanın torpaqları 20 ildən artıqdır ki, işğal altındadır və soydaşlarımız doğma yurd-yuvalarında didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar.

Bildirilir ki, məqalədə bəhs edilən məqamların əksinə olaraq, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və xüsusilə xarici investisiyalara açıqdır. Ən əsası, Azərbaycan enerji sahəsində beynəlxalq tərəfdaşların yüksək səviyyəli etimadını qazanıb.

Səfir vurğulayır ki, məqalədə Azərbaycandakı dini tolerantlıq və multikultural mühitdən də bəhs edilməyib. Halbuki Azərbaycanda yaradılan etnik və dini tolerantlıq mühiti, multikultural cəmiyyət modeli dünyada nümunəvidir və dərindən öyrənilməsi faydalıdır.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.