SİYASƏT


“The Economist” jurnalı Azərbaycan səfirinin ölkəmizlə bağlı yazılan qərəzli məqaləyə cavab məktubunu dərc edib

London, 7 iyul, AZƏRTAC

“The Economist” jurnalı Azərbaycan haqqında yazılan qərəzli məqaləyə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin cavab məktubunu dərc edib.

Məktubda qeyd edilir ki, Suriya münaqişəsindən əziyyət çəkən insanların məqalədə qeyd edilməsi təqdirəlayiq bir haldır. Lakin yazıda, həmçinin Ermənistan hökumətinin Suriyadakı etnik erməniləri Dağlıq Qarabağ və digər işğal edilmiş Azərbaycan ərazilərinə yerləşdirmə cəhdindən bəhs edilir. Bu siyasət beynəlxalq insan hüquqlarının, xüsusilə də Cenevrə konvensiyasının təməl prinsiplərinə tamamilə ziddir. Çox açıqdır ki, Ermənistan hökuməti Suriya münaqişəsindən əziyyət çəkənlərə humanitar yardım adı altında işğal edilmiş Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi siyasətini yeridir. Bu siyasət işğal edilmiş Azərbaycan torpaqlarının demoqrafik mənzərəsini qərəzli şəkildə dəyişdirməyə yönəlib və nəticədə uzun zamandır Cənubi Qafqazda davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq cəhdlərə ciddi zərbələr vurulur.

Ermənistanın bu səylərini münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlı üçün də görmək istəyərdik. Məyusedici haldır ki, Suriya ermənilərinə mərhəmət göstərdiyi halda Ermənistan hökuməti öz yurd -yuvalarından didərgin salınan həmvətənlərimizin doğma torpaqlarında yaşamaq hüquqlarını beynəlxalq qanunları pozaraq inkar edir.

Suriya münaqişəsinin humanitar ölçülərini heç kəs inkar edə bilməz, lakin çox təəssüf ki, bu münaqişədən bəzən darfikirli siyasi əməllər üçün istifadə edilir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.