SİYASƏT


“The Jewish Press”: Azərbaycan yəhudi-müsəlman münasibətlərinin müsbət nümunəsidir

A+ A

Vaşinqton, 10 oktyabr, AZƏRTAC

ABŞ-da çıxan “The Jewish Press” nəşrində bu ölkədən olan yəhudi din xadimi Simxi Aaron Qrinin “Azərbaycan və İsrail: yəhudi-müsəlman münasibətlərinin müsbət nümunəsi” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycan ilə İsrail dövlətləri, eləcə də Azərbaycandakı yəhudi və müsəlman icmaları arasında səmimi münasibətlərdən söhbət açılır. Bildirilir ki, bu cür əməkdaşlıq İsrail ilə digər müsəlman ölkələri arasında münasibətlərə nümunə ola bilər.

Müəllif qeyd edir ki, Azərbaycan ilə İsrail arasında xüsusilə energetika və müdafiə texnologiyaları sahələrində strateji müttəfiqlik mövcuddur. İkitərəfli münasibətlərin əlamətdar cəhətlərindən biri İsrail vətəndaşlarının Azərbaycan aeroportuna çatarkən viza almaları faktıdır. İsrail dünyada onun üçün bu cür istisna tətbiq olunan yeganə dövlətlərdən biridir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın suverenliyini tanıyan, həmçinin Bakıda səfirlik açan ilk dövlətlərdən biri İsrail olub.

Son illər iki ölkə arasında əməkdaşlıq təkcə təhlükəsizlik sahəsində deyil, həm də energetika, kənd təsərrüfatı, telekommunikasiya, virtual məkan texnologiyaları, inşaat, meliorasiya, tibb və turizm sahələrində genişlənib. İsrail Azərbaycanın beşinci əsas ticarət tərəfdaşıdır. Məqalədə vurğulanır ki, bu gün İsrailin neft idxalının təxminən 50 faizi Azərbaycanın payına düşür. Müdafiə texnologiyaları sahəsində əməkdaşlıq fəal inkişaf edir.

İki dövlət və xalq arasında səmimi münasibəti təsvir edən S.A.Qrin bildirir ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan digər dövlətlər Azərbaycandan nümunə götürsəydilər, dünyada pozitiv dəyişikliklər baş verərdi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.