SİYASƏT


“The Manila Times” qəzetində Azərbaycanda “Multikulturalizm ili” barədə məqalə dərc edilib

A+ A

Tokio, 30 sentyabr, AZƏRTAC

Filippinin nüfuzlu “The Manila Times” qəzeti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi barədə məqalə dərc edib.

Məqalədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Bakı Prosesi - Qlobal Multikulturalizmə töhfə” başlıqlı Bakı Prosesinə həsr edilən beynəlxalq foto və məqalə müsabiqəsi keçirməsindən bəhs olunur.

Sonra Bakı Prosesi, onun təsis olunma tarixi, məqsədi və əhəmiyyəti barədə oxuculara məlumat verilir. Bakı Prosesinin əsas rolu, mədəniyyət siyasəti, fərqli region və mədəniyyətlər arasında anlayışın təşviqatına dair konkret fəaliyyət qeyd olunur. Fərqli mədəniyyətlərə qarşı dözümlülük və qarşılıqlı hörmət baxımından Azərbaycanın həm Avropa, həm də Asiya ölkələrinə nümunə olduğunu bildirən müəllif, ölkəmizin bu iki qitənin qovuşuğunda yerləşdiyini və buna görə də beynəlxalq ictimaiyyəti multikulturalizm mövzusuna cəlb etməyə çalışdığını vurğulayır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.