MƏDƏNİYYƏT


“The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü həyata keçiriləcək

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də “The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü həyata keçiriləcək. Layihə “Excelsior Hotel Baku” otelinin dəstəyi, FMS Models moda agentliyi və “Baku Fashion Night” təşkilatının dəstəyi ilə reallaşacaq.

“The Most Stylish One” adlı layihə yerli modelyer-dizaynerlərə və moda ilə maraqlana auditoriyaya dəstək məqsədilə təşkil edilir. Layihədə moda evlərinin iştirakçı dizaynerləri tərəfindən mövsümün yeni trendləri nümayiş olunacaq və tədbirdə yeni Azərbaycan dizaynerlərinin adları elan ediləcək.

Qeyd edək ki, layihə ildə iki dəfə mövsümü olaraq fevral və sentyabr aylarında keçirilir. İlk dəfə bu il fevralın 19-da keçirilib və dizaynerlər və moda sevənlər tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.