İDMAN


“The Telegraph”: Azərbaycan Rioda ən nəticəli Olimpiya yığması olub

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Böyük Britaniyanın “The Telegraph” qəzeti “Rio-2016” Olimpiya Oyunlarında mükafat qazanan ölkələrin alternativ cədvəlini tərtib edib.

AZƏRTAC Böyük Britaniya nəşrinə istinadla xəbər verir ki, Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Əlli altı atletlə nəhəng turnirdə təmsil olunan ölkəmizin nisbətən az idmançı ilə yarışa qatıldığı vurğulanıb. Bu isə hər üç təmsilçimizin payına (0,3) bir medalın düşməsi deməkdir.

Azərbaycan eləcə də, qazanılan medalların ölkənin əhali sayı ilə müqayisə göstəricisinə görə də səkkizinci yeri tutub. Rioda əldə edilən mükafat ölkənin hər bir milyon nəfəri üçün 1,87 medal payı sayılıb.

Azərbaycan Olimpiya marafonunu 18 medalla başa vurub. Yığmamız bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Medal sayına görə siyahıda Azərbaycan 15-ci yerdədir və yalnız keçmiş postsovet ölkələri arasında Rusiyadan geri qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.