Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozurlar

“The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozurlar

“Azərbaycan” qəzetinin 14 avqust tarixli nömrəsində V.Əlibəylinin “The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozurlar” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Həqiqətən də faktlar göstərir ki, “The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozmaqda davam edirlər. 2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, Vaşinqton Bakıya barışıq əlini uzadaraq ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq istəyir. Cənab Hokstaynın ABŞ-ın Azərbaycana dəstək verəcəyi barədə fikirləri də bu nikbinliyə əsas yaratmışdı. İyulun 14-də isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ABŞ-ın Azərbaycandakı hərbi attaşesi ilə görüşü və Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə hazır olduğu barədə bəyanatı bu nikbinliyi əsaslandıran vacib amillərdən biri kimi xarakterizə edilmişdi.

Həmin vaxt mətbuat xüsusi olaraq vurğulamışdı ki, cənab Hokstaynın ABŞ təmsilçilərinin ənənəvi “diktat” və “şərtqoyma” ritorikasını təkrarlamaması Amerikanın Azərbaycanla münasibətlərdə bərabərhüquqluluq prinsipini qəbul etməsi kimi başa düşülməlidir. Bundan bir müddət əvvəl Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdi ki, ikitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər: “Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər”. Buradan isə belə bir qənaət hasil olunurdu ki, əgər ABŞ və Qərb dairələri bu reallığı qəbul edirlərsə, Azərbaycanın milli və suveren hüquqlarına hörmətlə yanaşacaqlarsa, tərəfdaşlıq əlaqələrinin bərpa edilməsi və inkişafı haqda danışılacaq gün o qədər də uzaqda olmayacaq. Bütün bunları nəzərə alan rəsmi Bakı bəzi Qərb dairələrinin uzun müddət Azərbaycana qarşı apardığı ikili siyasətin, hətta l Avropa Oyunları dövründə həm ABŞ Dövlət katibi Con Kerrinin ofisindən, həm də Londondan idarə olunan qərəzli kampaniyaların üzərindən keçməyə hazır olduğunu nümayiş etdirdi.

Eynilə iyulun 21-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərindən sonra da oxşar mənzərə yarandı. Rəsmi Bakı heç bir şərt irəli sürülmədən Avropa İttifaqı ilə ikitərəfli bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu göstərdi. Bu halda da Azərbaycan hesab etdi ki, bir müddət öncə Böyük Britaniya və Almaniyanın bəzi dairələrinin dirijorluğu ilə beynəlxalq QHT-lər və media tərəfindən Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyası qarşılıqlı əlaqələrin inkişafını əngəlləyən faktora çevrilməməlidir.

Qeyd edək ki, hər iki halda qarşı tərəf “böyük-kiçik” ritorikasını dayandırmağı, Qərbin vətəndaş cəmiyyəti institutlarını Azərbaycana qarşı yönəltməməyə hazır olduğunu ifadə etmişdi. Ancaq həmişə olduğu kimi, bu dəfə də “siyasi maraqlar” centlmen razılaşmasına üstün gəldi. Avqustun 1-dən 12-nə kimi rəsmi Vaşinqtonun ruporlarından biri olan “The Washington Post” Azərbaycana qarşı üst-üstə 6 material verdi. Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil. Üstəlik, “The Washington Post” ətrafı media da Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etmək fürsətindən yetərincə yararlanır. Digər tərəfdən də ABŞ- Böyük Britaniya “müştərək” QHT-ləri və mediası da yavaş-yavaş “əzələ nümayişini” intensivləşdirirlər.

Hesab etmək olar ki, ABŞ və Britaniyada baş verən bəzi biabırçılıqları xatırlatmaqla anti-Azərbaycan kampaniyası həvəskarlarının yaddaşlarını təzələməyin vaxtı artıq çatıb. Elə Qərb mediasının yazdığına əsasən, Barak Obamanın prezident seçilməsindən sonra ABŞ-da xüsusi xidmət orqanlarının “daxildə düşmən axtarışı” daha da artıb. 2011-ci ilin noyabrında Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı “Uoll striti zəbt et” adlı hərəkata qoşulan yüzlərlə insan həbs olunub. Bu ad altında Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilən aksiyalarda öz peşə borcunu yerinə yetirən jurnalistlər də ABŞ polisi tərəfindən həbs edilib, zorakılıqlara məruz qalıblar. BMT-nin üç hesabatında ABŞ hüquq-mühafizə orqanlarının irqi ayrı-seçkiliyə getdikcə daha çox yol verdiyi xüsusi vurğulanıb. Media da ABŞ polisinin qaradərililərə, Latın Amerikasından olan şəxslərə qarşı kobud hərəkətləri haqqında tez-tez məlumat verməkdədir.

Deyilənlərə nümunə kimi 2014-cü ilin iyununda Nyu-Yorkun Staten İsland yaşayış məntəqəsində Deniel Pantaleo adlı polisin 6 uşaq atası olan 43 yaşlı Erik Harneri öldürməsini və həmin polis məhkəmə tərəfindən azadlığa buraxıldıqdan sonra keçirilən etiraz aksiyalarının qəddar şəkildə dağıdılmasını göstərmək olar. ABŞ-da insan hüquqlarının pozulması hallarının adiləşməsinə dair daha bir nümunə 2014-cü ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində afroamerikalı 18 yaşlı gənc Maykl Braunun polis əməkdaşı Darren Uilson tərəfindən güllələnərək öldürülməsidir. Məhkəmənin bu dəfə də polisi azadlığa buraxması Ferqyusonda həftələrlə davam edən etiraz aksiyalarına və iğtişaşlara səbəb oldu. Həmin hadisələr zamanı yüzlərlə etirazçı həbs olundu, çoxsaylı işgəncələrə və zorakılıqlara məruz qaldı.

Ferqyuson hadisələrini işıqlandıran jurnalistlər də polisin özbaşınalığından və zorakılığından əziyyət çəkiblər. Ferqyuson polisi iğtişaşları yatırarkən “The Washington Post” və “The Huffington Post” qəzetlərinin jurnalistlərini heç bir səbəb olmadan saxlamış və polis məntəqəsinə aparmış, “Əl-Cəzirə”nin jurnalistinin qarşısına isə qaz bombası atmışdı.

2015-ci il aprelin 19-da ABŞ-ın Merilend ştatının Baltimor şəhərində isə 25 yaşlı Freddi Gray adlı qaradərili gəncin polislər tərəfindən qətlə yetirilməsindən sonra kütləvi etirazlar yenidən vüsət almış və Baltimorda fövqəladə vəziyyətin elan edilməsinə, Milli Qvardiyanın şəhərə yeridilməsinə səbəb olmuşdu. Baltimordakı iğtişaşlar zamanı 210 nəfər həbs edilmiş, çoxsaylı insan təzyiqlərə və zorakılığa məruz qalmışdı.

2014-cü ildə ABŞ-da 458 nəfər polisin açdığı atəşlə həlak olub ki, bu hallar da təkcə ABŞ-da deyil, bütün dünyada ciddi rezonans doğurmuşdu. ABŞ-da polisin qaradərili insanlara qarşı qəddarlığı ağdərili insanlara da sirayət etməkdə, onlar üçün “nümunəyə” çevrilməkdədir. Belə ki, 2015-ci il iyunun 17-də ABŞ-ın Çarlston şəhərində 21 yaşlı ağdərili Dilan Ruf kilsəyə daxil olaraq 9 nəfər qaradərilini güllələmişdi.

İsveçin Stokholm Universitetinin professoru Kristian Kristensen insan haqlarının pozulması ilə bağlı “Əl-Cəzirə”yə müsahibəsində bildirib ki, “Ferqüson və Baltimorda yaşanan hadisələr, ölkəni bürüyən etiraz aksiyaları, sadəcə, iki qaradərilinin ölümünə deyil, on illərdir davam edən polis zülmünə və şiddətinə, zorakılığına, irqi ayrı-seçkiliyə qarşı idi”.

ABŞ-da insan haqlarının vəziyyəti barədə hazırlanan bir sıra hesabatlar da bu ölkədəki gerçəkliyi tam çılpaqlığı ilə ortaya qoyur. BMT-nin insan hüquqları üzrə komitəsi ABŞ-ı Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına əməl etməməkdə günahlandırıb. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz nəzarət etməkdə ittiham edib, bunu insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib. BMT komitəsinin ittihamı onu göstərir ki, Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif regionlarında belə insanların fəaliyyətinə nəzarət edir. Bu əsasda onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir, qanunsuz əməllərə təhrik edir. Bunların nəticəsində minlərlə insanın şəxsi həyatı pozulur, onlar təhlükələrə məruz qalırlar. O cümlədən “rəngli inqilablar” adı altında ayrı-ayrı xarici dövlətlər xarabalığa çevrilir. Təcrübə göstərir ki, həmin proseslərdə çoxlu sayda insan həyatını itirir, ölkələr uzunmüddətli daxili ixtilaflardan əziyyət çəkirlər. Buna misal olaraq İraq, Suriya, Ukrayna, Liviya və başqa ölkələrdə cərəyan edən prosesləri göstərmək olar.

Qeyd edək ki, l Avropa Oyunları dövründə Azərbaycanı hədəfə götürən Britaniya KİV-ləri arasında “The Guardian” nəşri xüsusi canfəşanlıqla seçilmişdi. Bu ilin may-iyun ayları ərzində Azərbaycan haqqında 40 tənqidi məqalə verən qəzet onların 23-nü 4 gün ərzində dərc edərək “kampaniyaçılıqda” az qala Ginnes rekorduna imza atmışdı. Əslində, Azərbaycanın ən qatı reket nəşrləri belə bu “fövqəladə bacarığa” qibtə edə bilərlər. Düzdür, Britaniyada “The Guardian” idarəolunmaz nəşr kimi tanınır. Amma Wikileaks materiallarını yaydıqdan, xüsusilə 2010-cu ildə kraliçanın şəxsi həyatına müdaxilə etdikdən sonra qısa zamanda bu qəzet də ram edildi. Həmin vaxt təzyiqlərlə barışmayan “News of the World” nəşrinin isə həm fəaliyyəti dayandırıldı, həm də rəhbərləri həbs olundu. Üstəlik, elə həmin il Kral Xartiyasının qəbul olunması ilə Britaniyada media üzərində dövlət nəzarəti quruldu, “Guardian” kimi nəşrlər isə 1 milyon funta qədər cərimə olunmaq təhlükəsi ilə üzləşdilər. Medianı susdurmaq və yeri gələndə idarə etmək üçün bundan yaxşı metod düşünüb tapmaq çətindir.

“Guardian” və onun kimilərinin idarə edilməsi həm də onu deməyə əsas verir ki, son günlər Britaniya nəşrlərinin Azərbaycana qarşı fəallaşmasının arxasında bəzi rəsmi izləri axtarmaq lazımdır. Eləcə də “Amnistey İnternational”, “Transparency İnternational” və digər bu kimi qurumların canfəşanlığı da Londondan istiqamətləndirilən anti-Azərbaycan demarşının işartılarıdır. Görünür, Azərbaycan KİV-ləri də bundan sonra Böyük Britaniyada insan haqları, media azadlığı, korrupsiya halları, məmur özbaşınalığı və s. haqqında məlumatlarla yerli ictimaiyyəti ətraflı tanış etməlidir.

Məsələn, bu ilin iyulunda Britaniya Lordlar Palatasının vitse-spikeri Con Süel ciddi qalmaqala görə istefa vermək məcburiyyətində qaldı. “The Sun” qəzetinin dərc etdiyi materialda 69 yaşlı siyasətçinin evində baş vermiş və lentə alınmış seksual orgiyadan və Süelin pozğun həyatından geniş bəhs olunmuşdu. 45 dəqiqəlik videoda qadın alt paltarı və dəri gödəkcə, yəni əxlaqsız qadın paltarı geyinmiş Lordlar Palatasının vitse-spikerinin yüngül təbiətli gənc qızlarla əyləndiyi, hətta kokain iylədiyi əks olunub. Bildirilmişdi ki, Süel bu qızları Britaniya parlamentinin yeməkxanasına belə aparıb. Videoda Süel daha 13 yüngül təbiətli qadınla, hətta Leyboristlər partiyasının bir üzvü ilə seksual əlaqələrindən danışmışdı. Ən maraqlısı isə budur ki, Britaniya Lordlar Palatasının spikeri baronessa D,Soza C.Süelin seksual cinayətlər, fahişəxanalar və fahişəliklə bağlı qanunların işlənib hazırlanmasında yaxından iştirak etdiyini bildirmişdi.

Bu yerdə qısa bir xatırlatmaya ehtiyac duyulur. Bəzi Qərb dairələri, beynəlxalq QHT-lər və media hər hansı ölkədə baş vermiş hadisəni maksimal şəkildə ümumiləşdirməyə çalışır. Onda C.Süelin bu macəralarını əsas götürərək demək olar ki, Britaniyada anti-korrupsiya qanunlarını korrupsionerlər, uşaq hüquqlarının qorunması ilə bağlı qanunları pedofillər, cinayətkarlıqla bağlı qanunları isə cinayətkarlar işləyib hazırlayırlar.

2015-ci ilin martında Devid Uaytın “Britaniya nə dərəcədə korrupsiyalaşıb?” kitabını oxumaqla bu ölkədə əsl həqiqətdə baş verənlər barədə ətraflı məlumat almaq olar. Müəllif faktlar əsasında göstərir ki, Böyük Britaniyada pensiya fondları ilə manipulyasiyalar, ipoteka və sığorta sahəsində fırıldaqçılıq, saxtalaşdırmalar, insayder razılaşmaları baş alıb gedir. Müəllif haqlı olaraq soruşur: “Xalqın pulunu əlindən almaq hüquq pozuntusudur, yoxsa özünəməxsus biznes aparmaq forması?”. Qeyd edilir ki, iqtisadi böhrana səbəb olan fəaliyyətə görə heç bir yüksək vəzifəli məmur vəzifəsindən azad olunmadı və hüquqi məsuliyyətə cəlb edilmədi. Çünki bu məmurları durduracaq qanunlar bir-birini əvəz edən hökumətlər tərəfindən ləğv edilib. Hazırkı hökumətin nazirlərindən biri vaxtilə HSBC maliyyə konqlomeratına rəhbərlik edərək vergilərdən yayınma, narkotrafikdən daxil olan çirkli pulların yuyulması, terroristləri maliyyələşdirən bəzi Səudiyyə Ərəbistanı və Banqladeş banklarına yardım göstərilməsinin sxemlərini hazırlayıb. Britaniyanın vergilər naziri isə bankı məsuliyyətə cəlb etmək əvəzinə, pensiyaya çıxaraq orada işə düzəlib. London Sitisi ofşor zonalarda maliyyə əməliyyatlarının 24 faizinə nəzarət edərək bu fəaliyyəti ciddi məxfilik şəraitində həyata keçirir və maliyyə fırıldaqçılarına, qaçaqmalçılara, çirkli pul yuyanlara, sanksiyalara məruz qalmış subyektlərə hərtərəfli yardım göstərir. Beynəlxalq Tax Justice Network təşkilatı bildirir ki, Böyük Britaniya maksimal maliyyə məxfiliyi olan ölkələr sırasına daxildir və əsl “vergi limanıdır”. Devid Uayt qeyd edir ki, hakimiyyət öz agentləri vasitəsilə insanları kütləvi şəkildə izləməklə məşğuldur. Polislər isə dinc fəalların sıralarına daxil olaraq onları neytrallaşdırır və hakimiyyətə qarşı etirazların qarşısını alırlar. Məlumatların oğurlanması və lazımi yerlərə ötürülməsi, yüksək vəzifəli pedofil məmurların müdafiəsi və digər bu tipli cinayətlər Britaniyanın hüquq-mühafizə orqanlarına xas olan xüsusiyyətlərdir.

Bütün bunlar ABŞ və Böyük Britaniyada insan haqlarının pozulması, korrupsiya, polis özbaşınalığı və digər qeyri-qanuni əməllərin geniş vüsət aldığını göstərən faktların çox az bir qismidir. Bu mövzunu davam etdirmək də olar və lazım gəlsə, davam etdiriləcək. Bu halda anlaşılmaz bir məqama dair sual yaranır: Amos Hokstayn və Donald Tusk Azərbaycana nəyə gəlmişdilər?

V.ƏLİBƏYLİ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib