İQTİSADİYYAT


Thonq Khon: Azərbaycanın turizm şirkətlərinin Kambocada fəaliyyəti üçün münbit şərait yaradılacaq

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan ilə Kamboca arasında turizm sahəsində, o cümlədən qarşılıqlı turist axının artırılması və bu istiqamətdə sərmayə qoyuluşunun təşviqi məqsədilə Azərbaycanın ixtisaslaşmış şirkətlərinin Kambocada fəaliyyəti üçün münbit şərait yaradılacaq. Bu fikri Kambocanın turizm naziri Thonq Khon iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın bu ölkədə akkreditə olunmuş səfiri Anar İmanovla görüşdə deyib.

Azərbaycanın Kamboca Krallığında akkreditə olunan səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə T.Khon turizm sahəsində perspektivlərin geniş müzakirəsi və hüquqi bazanın yaradılması üçün 2017-ci ildə Azərbaycana səfər etmək niyyətində və “Turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamağa hazır olduğunu qeyd edib.

Səfir Anar İmanov 2014-cü ildə Kamboca Krallığının Baş naziri Hun Senin ölkəmizə rəsmi səfərinin Azərbaycan ilə Kamboca arasında münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. Diplomat həmin səfər zamanı müxtəlif istiqamətlər üzrə, o cümlədən turizm sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

A.İmanov sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın son illərdə turizm sahəsində topladığı təcrübəni və sahib olduğu böyük imkanları Kamboca ilə bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.