SİYASƏT


Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin təhlükənin azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında birgə bioloji əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.

Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib. Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.