CƏMİYYƏT


Tibb Universiteti tələbə gənclər təşkilatının sədri Bişkekdə Türk Universitetlər Birliyinin iclasında çıxış edib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Universitetlər Birliyi tələbə şurasının noyabrın 24-dən 27-dək keçirilən ilk iclasında ölkəmizi Azərbaycan Tibb Universiteti (ATU) tələbə gənclər təşkilatının sədri Tural Əzizov təmsil edib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 4 türk ölkəsində fəaliyyət göstərən 16 universitetdən nümayəndələr iştirak ediblər. Tural Əzizov iclasda ATU-nun tarixi, tədris prosesi, klinikaları və yataqxanaları haqqında geniş məlumat verib. O, həmçinin iştirakçılara ATU ilə bağlı slayd təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.