CƏMİYYƏT


Tibb Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən rektor, professor Gəray Gəraybəyli bütün professor-müəllim heyətini və tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışan rektor bu əlamətdar günün dünyada yaşayan bütün soydaşlarımız üçün böyük önəm daşıdığını vurğulayıb.

Mərasimdə ATU rektorunun təşəbbüsü ilə bir sıra nominasiyalar üzrə təsis olunmuş mükafatlar da təqdim edilib. Professor Abuzər Qazıyev, dosentlər Tariel İsmayılov və Nəriman Nağıyev, məhkəmə təbabəti kafedrasının dosenti Zabit Məmmədov, patoloji fiziologiya kafedrasını müəllimi, dosent Sərdar Əliyev göstərdikləri xidmətlərə görə ATU-nun fəxri fərmanı və pul mükafatı ilə təltif olunublar.

“Ən səliqəli otaq” nominasiyasının qalibi olan 3 saylı qızlar yataqxanasının 87 saylı otağının sakinləri pul mükafatı ilə təltif olunublar.

“İlin ən yaxşı tələbəsi” nominasiyası üzrə II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Nərgiz Müştafazadə, tibbi-profilaktika fakültəsinin IV kurs tələbəsi Sevinc Abbasova, hərbi tibb fakültəsinin VI kurs tələbəsi Alxan Alxanlı, stomatologiya fakültəsinin IV kurs tələbəsi Bədrənsə Tanrıverdiyeva, əczaçılıq fakültəsinin III kurs tələbəsi Ayşən Azadova, xarici tələbələrdən isə Türkmənistan vətəndaşı, II kurs tələbəsi Malik Kurbanov seçiliblər.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.