CƏMİYYƏT


Tibb Universitetində “Narkomaniyaya yox deyək!” adlı seminar keçirilib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək!” adlı seminar keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda çıxış edən universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə gənclər arasında sağlam həyat tərzinin yaxşılaşdırılması məsələsinə həmişə diqqət və qayğı göstərildiyini qeyd edib. O, gənclərlə bağlı ölkəmizdə aparılan siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib. Prorektor çıxışında narkomaniya əleyhinə belə tədbirlərin ATU-da təşkil olunmasının əhəmiyyətinə də toxunub.

Tədbirdə ölkəmizdə 11 min 700 narkomanın Respublika Narkoloji Mərkəzində qeydiyyatda olduğu və onların sayının ilbəil artdığı bildirilib, eyni zamanda, inkişaf etmiş ölkələrdə narkomaniyanın vəziyyəti ilə bağlı geniş məlumat verilib.

Sonra narkomaniyanın fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə bir sıra təkliflər səsləndirilib, tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.