CƏMİYYƏT


Tibb Universitetində hər ay ortopedik stomatologiyaya dair seminarlar təşkil olunacaq

Bakı, 22 may, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında tələbələr və rezidentlər üçün seminarlar keçirilir.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda kafedranın müdiri Nazim Pənahov tədbir iştirakçılarına seminarın mahiyyətindən danışıb. Bildirilib ki, qeyri-iş günlərində təşkil olunan seminarlara ortopedik stomatologiya sahəsinin tanınmış mütəxəssisləri cəlb edilib.

N.Pənahov bildirib: “Tədbirdə I və III kurs rezidentləri, eləcə də yuxarı kurs tələbələri iştirak edirlər. Onların sualları mütəxəssislər tərəfindən cavablandırılır. Sayca ikinci seminarımızdır və tədbiri davamlı olaraq hər ay keçirməsi nəzərdə tutulur. İlk seminarda ”Stomatologiyada 3D planlama və tomoqrafiya” mövzusunu seçmişdik. Seminarı ATU-nun ortopedik stomatologiya kafedrasının doktorantı Rüfət Hüseynov aparıb və çox müsbət qarşılanıb”.

İkinci seminar ATU-nun ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədovun moderatorluğu ilə keçirilib. O, “Dişətrafı bioloji enin formalaşması-anatomiyası və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, parodontologiyadan bəhs edən mövzu dünya stomatologiyasının aktual problemlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.