CƏMİYYƏT


Tibb Universitetində iki gün uşaqların pulsuz müayinəsi aparılıb

Bakı, 2 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında iki gün davam edən pulsuz müayinə tədbirləri aparılıb. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirıblər ki, müayinə tədbirləri zamanı 1-16 yaş arasında olan 100 nəfərə yaxın uşaq qəbul edilib.

Professor Surxay Musayev bildirib ki, qəbul edilən uşaqlar arasında profilaktik müayinə üçün gələnlərlə yanaşı, ciddi problemi olanlar da var idi. Professorlar İbrahim İsayev və Amaliya Əyyubova da qəbul edilən uşaqlar arasında istər yoxlanış, istərsə də ciddi patologiya ilə müraciət edənlərin olduğunu bildirib və valideynlərə uşağın sağlamlığı ilə əlaqədar problem aşkar olunanda onu vaxtında həkim müayinəsinə aparmaq lazım gəldiyini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.