CƏMİYYƏT


Tibb Universitetində israilli mütəxəssislər tərəfindən keçirilən seminarın iştirakçılarına sertifikatlar verilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsrailin Ben-Qurion Universiteti əməkdaşlarının keçirdiyi “Düzgün kliniki praktika” mövzusunda seminar başa çatıb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarın yekununa həsr olunan mərasimdə İsrailin ölkəmizdəki səfiri Dan Stav da iştirak edib.

Tədbirdə ATU-nun prorektorları Rauf Bəylərov və Rəhimə Qabulova, Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev və digər qonaqlar çıxış ediblər. Qeyd olunub ki, ATU ilə Ben-Qurion Universitetinin birgə təşəbbüsü ilə keçirilən bu seminar klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq.

Mərasimin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.