CƏMİYYƏT


Tibb Universitetində müasir standartlara cavab verən yeni kabinet fəaliyyətə başlayıb

Bakı, 30 may, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən LOR (Qulaq-burun-boğaz) kabineti fəaliyyətə başlayıb.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kabinetin fəaliyyənin səmərəliyini artırmaq üçün burada artıq audiometriya və timpanometriya olmaqla daha iki müayinə metodları yerinə yetiriləcək. Bunun üçün kabinet “Otometrics” audiometri və timpanometri ilə təchiz olunub.

Audiometriya metodu vasitəsilə eşitmə qabiliyyəti yoxlanılır. Bu cihazın kamera ilə təchiz olunması müayinənin daha dəqiq aparılmasına şərait yaradır. Bu metod vasitəsilə beş yaşdan yuxarı uşaqlar və böyüklərdə eşitmə yoxlanılılır.

Timpanometriya orta qulağın funksiyasının obyektiv müayinə metodudur. Orta qulağın sümük sistemi, yevstax borusu, təbil pərdəsi və bu sistemlərin bir-biri ilə əlaqəsini göstərən çox sadə müayinə metoddur və yaşından asılı olmayaraq bütün xəstələrə tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.