CƏMİYYƏT


Tibb Universitetində piylənmə və artıq çəki ilə mübarizə aksiyası keçiriləcək

Bakı, 8 avqust, AZƏRTAC 

Avqustun 14-19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında piylənmə və artıq çəki ilə mübarizə aksiyası keçiriləcək. Aksiyanı klinikanın III xəstəliklər kafedrasının assistenti Səmayə Əliyeva təşkil edəcək.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində endokrinoloq-dietoloqun ödənişsiz konsultasiyası keçiriləcək, pəhriz proqramı ilə artıq çəkidən azad olma, piylənmənin səbəbinin araşdırılması, sağlam və düzgün qidalanma istiqamətində məsləhətlər veriləcək.

Əlavə məlumat üçün +994(50) 277 99 85; +994(50) 277 99 84; +994(12) 441 33 18 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.