CƏMİYYƏT


Tibb Universitetində valideynlər imtahanların gedişini izləyiblər

A+ A

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) semestr imtahanlarının təşkilində və gedişində şəffaflıq təmin edilib. Belə ki, son illərdə ilk dəfə valideynlər imtahan prosesini əvvəldən axıra qədər müşahidə edə biliblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 6-dan etibarən imtahanı izləmək istəyən hər bir valideynə prosesdə iştirak etmək imkanı yaradılıb. İmtahanlar ATU-nun Virtual Test Mərkəzində keçirilib. Sınaqdan öncə Virtual Test Mərkəzinin direktoru Şahin Bayramov və ATU-nun imtahana nəzarət qrupunun rəhbəri Kamandar Yaqubov tələbələrə prosesin gedişi, qaydalar və şərtlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, obyektivliyin qorunması məqsədilə Azərbaycan Tibb Universitetində imtahanlar insan amili olmadan kompüterlərdə test üsulu ilə aparılır. İmtahan zamanı hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahanın nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə kameraları ilə nəzarət olunur.

İmtahanların gedişini izləyən valideynlər prosesdən razı qaldıqlarını bildiriblər.

ATU-da imtahan sessiyası fevralın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.