CƏMİYYƏT


Tibb Universitetinin Tədris Terapevtik Klinikasında böyrək xəstələri üçün pulsuz aksiya keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında iki gün davam edən ödənişsiz aksiya başa çatıb. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xeyriyyə aksiyası müqəddəs Ramazan bayramına həsr olunub.

Aksiya barədə fikirlərini bölüşən Səhiyyə Nazirliyinin baş nefroloqu, professor Mehman Ağayev müayinəyə gələnlər içərisində daha çox gecikmiş patologiya ilə müraciət edənlərin olduğunu bildirib: “Böyrəklərin iltihabi xəstəlikləri, şəkərli diabet və arterial hipertenziya nəticəsində böyrəklərin zədələnməsi ilə müayinəyə gələnlər üstünlük təşkil edir. Vaxtında həkim müayinəsindən keçməmək xəstəliyin daha ağır formada özünü büruzə verməsinə imkan verir və nəticədə böyrəklərin itirilməsinə qədər aparıb çıxarır”.

Tibb Universitetinin prorektoru, dosent, uşaq nefroloqu Rauf Bəylərov aksiyanın sosial vəziyyəti ağır olanlara yardım baxımından vacib olduğunu söyləyib: “Baxış keçirilən uşaqlar arasında elə də ciddi xəstəlikləri aşkar etmədik. Onlardan bir neçəsini analizlərə göndərdik, çünki böyrəklərə birdən-birə diaqnoz qoyulması qətiyyən doğru deyil. Analizlərin nəticəsindən asılı olaraq həmin uşaqlara müvafiq dərman vasitələri də tətbiq olunacaq”.

Xeyriyyə aksiyasına Türkiyə və Qazaxıstanda yaşayan soydaşlarımızın da qoşulduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.