CƏMİYYƏT


Tibb Universitetinin kollektivi bayramı xəstələrlə birlikdə qeyd edib

Bakı, 18 mart, AZƏRTAC 

Azərbaycan Tibb Universitetində Novruz bayramına həsr olunmuş “Ey həyat, sən nə qəribəsən” mövzusunda bayram tədbiri keçirilib. Mərasimdə ATU-nun klinikalarında müalicə alan xəstələr də iştirak edib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Novruz bayramı xalqımızın ən vacib və çox sevilən bayramlarından olduğunu deyən rektor, tədbirin adının həyat qəribəlikləri ilə bağlılığının təsadüfi olmadığına diqqət çəkib. G.Gəraybəyli bayramı klinikada keçirmək məcburiyyətində olan xəstələrin hər birinə tezliklə sağalmalarını diləyib.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.