CƏMİYYƏT


Tibb Universitetinin professor-müəllim heyəti Elm Festivalında geniş təmsil olunub

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, oktyabrın 31-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə təşkil olunan II Azərbaycan Elm Festivalına start verilib. Festival çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən tədbir noyabrın 1-də baş tutub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev giriş nitqi ilə çıxış edərək ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi qayğıdan, gənclərimizin həyata keçirdiyi uğurlu elmi tədqiqatlardan, gənc alimlər üçün yaradılan şəraitdən danışıb. Professor S.Əliyev qeyd edib ki, bu festival artıq ikinci dəfədir ki, ATU-da keçirilir. Prorektor bu festivalın keçən dəfəkindən fərqli olduğunu və onun 6 gün davam edəcəyini vurğuladı.

Sabir Əliyevin sözlərinə görə, gənc alimlərin inkişafı, azərbaycanlı elm adamlarının işlərinin dünyaya tanıdılması baxımından Elm Festivalının müstəsna əhəmiyyəti var. Buna görə də, bu bilik nümayişində AMEA-nın bütün elmi müəssisə və təşkilatları ölkəmizin bütün ali və orta təhsil müəssisələri ilə yanaşı, ATU-da da fəal iştirak edir.

Daha sonra festival çərçivəsində ATU təmsilçiləri ilə yanaşı, digər ali müəssisələrin nümayəndələrinin müxtəlif elmi mövzulara dair mühazirələri dinlənilib.

Universitetin professor-müəllim heyəti də Elm Festivalında geniş təmsil olunub. Tədbirdə universitet əməkdaşlarının tibbin aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib.

Toplantıda həmçinin Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi S.Rüstəmov “Fraktallar nəzəriyyəsi və onun tətbiqi” mövzusunda, AMEA Radiasiya Problemləri İnstitutunun dosenti A.Nəsibova “Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi metodların tətbiqi” mövzusunda, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru N.Sultanova “Bitki virusları-təhlükəli infeksion xəstəliklərin mənbəyi kimi”, Fövqəladə Hallar Nazirliyinin təmsilçisi Ə.Quliyev “İonlaşdırıcı şüalanma mənbələri və radiasiya təhlükəsizliyi” mövzusunda təqdimatlarla çıxış etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.