CƏMİYYƏT
Tibb Universitetinin rektoru olimpiadada uğurla iştirak edən tələbələrlə görüşüb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Stavropolda keçirilən olimpiadada uğurla iştirak edən tələbələrlə görüşüb.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, Rusiyanın Stavropol şəhərində tibb universitetləri arasında “Asklepiy” beynəlxalq olimpiadada 15 komanda iştirak edib. Universitetin komandası 2-ci, 4-cü və 5-ci kurs tələbələrindən ibarət idi.
ATU-nun rektoru G.Gəraybəyli yarışmada nailiyyət əldə edən tələbələri təbrik edib. Bildirib ki, yaxın gələcəkdə ATU-da tədris sistemində bir sıra dəyişikliklər gözlənilir, bu prosesdə aktiv və bacarıqlı tələbələrin iştirakına ehtiyac var.
Olimpiadada iştirak etmiş komanda üzvləri yarışma haqqında təəssüratlarını bölüşüblər və universitetdə yaradılan şəraitə görə rektora təşəkkürlərini bildiriblər.