CƏMİYYƏT


Tibb Universitetinin yataqxanası təmirdən sonra yenidən qapılarını tələbələrin üzünə açıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, media işçilərini yataqxana ilə tanış edən ATU-nun həmkarlar ittifaqının sədri Cahangir Qasımov yeni fəaliyyətə başlayan bu müəssisənin yalnız qızlar üçün nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, beş mərtəbəli, 157 tələbə üçün nəzərdə tutulan bu yataqxanada tək, iki, üç və dörd nəfərlik olmaqla ümumilikdə 61 otaq var. Burada tələbələrin rahat yaşamaları üçün yataq otaqlarından əlavə mətbəx, istirahət otağı və camaşırxana da tam təchiz olunub.

Bundan əlavə Tibb Universitetinə praktika üçün gələn xarici tələbələr üçün də xüsusi qonaq otaqları ayrılıb. C. Qasımov onu da qeyd edib ki, hazırda Azərbaycan Tibb Universitetində yataqxana tələbatı olan bütün tələbələrini yerləşdirilməsi üçün lazımi imkanlar var.

İyulun 10-dan sonra qeydiyyata başlanılan yataqxanada sentyabrın 11-dən etibarən tələbələrin yerləşdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.