CƏMİYYƏT
“Tibb bacıları toplantısı” bölməsində mühazirələr dinlənilib
Bakı, 28 may, G.Mahmudlu, AZƏRTAC
Mayın 28-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin üçüncü iş günündə “Tibb bacıları toplantısı” bölməsində müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, bu bölmədə Könül Nəzərovanın “Yataq yaralarına qulluq və müalicəsi”, Nərgiz Tağızadənin “Ürəyin xroniki xəstəliklərində qulluq”, İradə Sadıxovanın “KVC şöbəsində xəstələrə əməliyyatdan əvvəlki və sonrakı baxım”, Səltənət Rüstəmovanın “Müasir monitorinq standartları”, İlqar Şirəliyevin “Kardiovaskulyar əməliyyatlarda anestezioloji iş prinsipi”, Tural Aydınovun “AKŞ əməliyyatından sonra ürək çatışmazlığının korreksiyası” mövzularında mühazirələri dinlənilib.
Daha sonra “Maket üzərində kardio-pulmonar resusitasiya” kursu keçirilib.
Sonda iştirakçılar sertifikatlarla təltif olunub.
Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanda ora tibb işçilərinin maarifləndirilməsi, onların nəzəri-praktiki biliklərinin artırılmasıdır.