Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tibb işçilərinin peşə bayramı qeyd olunub

Tibb işçilərinin peşə bayramı qeyd olunub

Bakı, 17 iyun, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC- a verilən məlumata görə, tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də əklil qoyulub, gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Ziyarətdən sonra Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb elmi xadimləri iştirak ediblər.

Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara vacib və nəcib peşələrində uğurlar arzulayıb: ”Artıq 16 ildir ki, ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb işçiləri günü qeyd olunur. Bu tarix həm də rəmzi bir məna daşıyır. Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi məhz 17 iyun tarixində təşkil olunub.”

Nazir öz çıxışında səhiyyənin tarixinə nəzər salaraq qeyd edib ki, keçən əsrin əvvəllərində Azərbaycanda demək olar ki, çox az həkim tapılırdı. Azərbaycan Demokratik Respublikasının vaxtında Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsi yaradılıb. Həmin fakültənin ilk buraxılışında məzunlardan cəmi 5-i azərbaycanlı idi. Sonralar isə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb, tibb müəssisələri, poliklinikalar tikilməyə başlayıb. Hələ o dövrlərdə cərəyan edən müxtəlif infeksiyaların, epidemiyaların qarşısının almaq üçün müxtəlif tədbirlər görülüb. Elə həmin dövrlərdə tanınmış tibb işçiləri, alimlər fəaliyyət göstərirdilər. Onlardan Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Kamal Balakişiyev, Əbülfəz Qarayev, Emin Əfəndiyev və s. sovetlər birliyində çox tanınan və böyük hörmətə sahib olan tibb xadimləri idilər. Onların təhqiqatları o dövrün dərslik və monoqrafiyalarında öz əksini tapıb.

Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd olunub ki, əksər böyük tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində tikilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar tikilib əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər xaricə göndərilir, öz peşə və bacarıqlarının inkişaf etdirib vətənə qayıdırdılar. Ölkəmizdə müxtəlif konfrans və simpoziumlar keçirilirdi. Ümummilli liderin beynəlxalq aləmdəki nüfuzu sayəsində ölkəmizə çoxlu zərdab və peyvəndlər gətirilir, müxtəlif kompaniyalar təşkil edilirdi.

Nazir qeyd edib ki, Ulu Öndərin başladığı kurs bu gün də bu siyasi kurs çox uğurla davam edir. Son illər ərzində 600-dən artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilib. Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir.

Əvvəllər ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları və digər mürəkkəb cərrahi prosedurlar üçün xaricə üz tuturdularsa, bu gün həmin ən əməliyyatlar nəinki paytaxtda, ayrı-ayrı regionlarda da uğurla icra edilir.

Nazir səhiyyənin uğurlarından danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd edib. Heydər Əliyev Fondunun prezidenti insanlara hər sahədə öz yardımını göstərib və məhz onun təşəbbüsü ilə yaradılan Talassemiya mərkəzi səmərəli fəaliyyət göstərir.

Dövlətimiz yeni nəslin sağlamlığı üçün də çox vacib və gərəkli addımlar atır. Son vaxtlar qəbul edilmiş Dövlət Proqramlarını buna misal göstərmək olar.

Daha sonra nazir Prezident İlham Əliyevin tibb işçilərinin peşə bayramı münasibətilə imzaladığı Sərəncama əsasən səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” fəxri adlarına, “Tərəqqi” medalına layiq görülən sağlamlıq keşikçilərini, eləcə də “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanla təltif olunanları təbrik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir