DÜNYA


Tibb sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

A+ A

Stokholm, 3 oktyabr, AZƏRTAC

İsveçin paytaxtı Stokholmda tibb sahəsi üzrə Nobel mükafatı laureatının adı elan edilib. 2016-cı ildə bu mükafata autofaqiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yoşinori Ohsumi layiq görülüb.

Bu qərar Nobel Assambleyasının 50 üzvü tərəfindən səsvermə yolu ilə qəbul edilib.

Nobel mükafatı Assambleyasının tibb sahəsi üzrə rəhbəri, tibbi genetika üzrə professor Anna Vedel mətbuat konfransında bildirib ki, bu mükafat vacib kəşflərə görə verilir. Autofaqiya sahəsində aparılan iş müxtəlif xəstəliklərin mənşəyinin axtarışı və onlara qarşı mübarizə aparılması işində çox vacibdir. Bu kəşf Altsheymer və xərçəng kimi xəstəliklərin öyrənilməsində geniş tətbiq ediləcək.

Yoşinori Osumi 1945-ci ildə Yaponiyanın Fukuoka şəhərində anadan olub. O, 1974-ci ildə Tokio Universitetində doktorluq dərəcəsini alıb. Sonra Nyu-Yorkun Rokfeller Universitetində üç il araşdırmalar aparıb. Daha sonra yapon alim Tokio Texnologiya İnstitutuna gələrək tədqiqat qrupu yaradıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.