CƏMİYYƏT
Tibbi müayinə tədbiri Könüllülər Gününə həsr olunub
Bakı, 5 dekabr, AZƏRTAC
İsmayıllı rayonunun Zərnava kəndində Könüllülər Günü ilə əlaqədar təmənnasız tibbi müayinə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müayinə Avstriya Qızıl Xaç Cəmiyyəti və Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində aparılıb.
Tədbirdən əvvəl Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə çıxış edərək Könüllülər Günü haqqında məlumat verib. Sonra İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin ölkəmizdəki klinikasının 12 nəfərlik həkim heyəti ilə əhalinin tibbi müayinəsinə start verilib və 250 nəfər müayinədən keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]