İQTİSADİYYAT


Ticarət festivalı ərzində alınmış mallara görə 22 min 112 elektron vergi hesab-fakturası tərtib edilib

Bakı, 17 may, AZƏRTAC

Bakıda keçirilən ilk ticarət festivalı ərzində alınmış mallara görə 172 obyektdə 22 min 112 elektron vergi hesab-fakturası tərtib edilib, onlardan da 20 min 853-ü Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, təsdiqlənmiş hesab-fakturaların 19 min 119-u Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.

Dövriyyənin ümumi məbləği 15 milyon 471 min 805 manat, alıcılara qaytarılmış məbləğ isə 1 milyon 533 min manat təşkil edib.

Mal alarkən ticarət festivalını deyil, “tax free” sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub.

Beləliklə, ümumilikdə əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə məbləği 4 milyon 127 min 50,8 manat olan 3059 elektron vergi hesab-fakturası verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.