CƏMİYYƏT


Ticarət mərkəzinə bomba qoyması barədə polisə yalan məlumat verən şəxs tutulub

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN) 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edərək Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.