CƏMİYYƏT
Tik ağacının axan “qanı”
Bakı, 7 iyun, AZƏRTAC
Dünya florasında qəribə təbiətə malik ağaclar çoxdur. Onlardan biri də pterocarpus angolensis növünə məxsus yabani tik ağacıdır. Anqola, Mozambik, Namibiya, Tanzaniya, Cənubi Afrika Respublikası, Zair, Zimbabve və Zambiyada bitən ağac maraqlı quruluşa malikdir, hündürlüyü 15 metrə çatır, qalın qabıqları, geniş tacı var. Ağacı mişarlayanda qana bənzər qırmız maye axır. Afrikada ağac odunundan rəngləyici maddə kimi istifadə olunur və sakinlər bir sıra xəstəliklərin müalicəsində onun şəfaverici gücünü sınaqdan çıxarıblar. Gənə xəstəlikləri, bıçaq yaraları, malyariya və quru qızdırmanın müalicəsində, ana südünün artırılmasında ağacın “qanı” müalicə vasitəsi kimi tətbiq olunur.
Yabanı tikin tərkibində olan qırmızı qətran ağac zədə alanda meydana çıxır və ondan axan “qan” təsiri bağışlayır. Bir sıra musiqi alətlərinin istehsalında da ondan xammal kimi istifadə olunur.