İQTİSADİYYAT


Tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq

Bakı, 20 iyun, AZƏRTAC

Ölkədə fəaliyyət göstərən tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda keçirilən tədbirdə deyib.

Qeyd edilib ki, kameralar tikinti obyektlərinə baxış keçirildikdən sonra quraşdırılacaq. Bu, obyekt sahiblərinə tikinti sahəsini müşahidə eyməyə, işçilərin nizam-intizam qaydalarına riayət etmələrini izləməyə imkan verəcək. Məqsəd tikinti obyektlərində bağlanılan əmək müqavilələri sahəsində neqativ halların aradan qaldırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.